Fakültə rəisi d/x polkovniki Rüstəmov Azər Polad oğlu
- Telefon: (+99412) 512 41 88
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakultə və kafedralar o cümlədən onların sırasında “Yanağın təhlükəsizliyi fakültəsi”də yaradılmışdır.
Yanğın təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyəti sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarının əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür.
Fakültədə təhsil
Fakültədə 1 ixtisas üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığı aparılır. Həmin ixtisaslara Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanları müvəffəqiyyətlə keçənlər qəbul olunur. Fakültədə təhsil alanlar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət hesabına təhsil alırlar. Fakültədə tədris azərbaycan dillərində olmaqla, əyani əsaslarla aparılır. Fakültədə 200 kursant təhsil alır. Fakültədə yüksək ixtisaslı kadrların hazırlığında 6 kafedra tərəfindən tədris prosesi təşkil olunur. Qaydalara uyğun olaraq semestrin nəticəsi üzrə təhsil alan kursantların onlara imtahan nəticələrinə əsasən təqaüdlər verilir.
Adi təqaüd
Həvəsləndirici təqaüd
Əlaçı təqaüdü
Karyera imkanları
Fakültəni bitirən mütəxəssislər ilkin daxili xidmət leytenantı xüsusi rütbəsi alaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Dövlət Yanğın Nəzarəti Xidmətində müvafiq vəzifələrdə işlə təmin olunur.
Fakültə rəisi d/x polkovniki Rüstəmov Azər Polad oğlu