Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Təbiət və fundamental fənlər kafedrası

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakultə və kafedralar o cümlədən onların sırasında “Təbiət və fundamental fənlər kafedrası”da yaradılmışdır.

Kafedranın yaranmasında əsas məqsəd fövqəladə halların müxtəlif sahələrində çalışa biləcək mütəxəssislərin baza hazırlığını həyata keçirmək məqsədi ilə bir neçə yaxın fənlər üzrə tədris, elmi-tədqiqat işlərinin məzmun və keyfiyyət funksiyalarının müasir tələblərə cavab verən səviyyəyə çatdırmaq ibarətdir.

Kafedrada professor, dosent, baş müəllim, müəllim, doktorant, dissertant, laborant və operatorlardan ibarət professor–müəllim heyəti kursant, magistr, doktorant, dissertant, dinləyici və s. heyətin təlim-tərbiyəsi ilə məşgul olaraq kafedra qarşısında duran məqsədə çatmaq üçün bilik və bacarıqlarından uğurla istifadə edərək fəaliyyət göstərirlər.
Elmi işlər üzrə fəaliyyət kafedranın daim prioritet istiqamətlərindən olub. Kafedrada materialların yanğın göstəricilərinin ölçülməsi, mühəndis sistemlərinin təhlükəsizliyi, kimyəvi maddələrin analizi istiqamətində işlər aparılır.

Kafedra nəzdində fizika, kimya, elektrotexnika və materialşünaslıq fənlərinin tədrisini yüksək səviyyədə həyata keçirmək üçün müasir tələblərə cavab verən laboratoriya kabinələri hazırlanmış və laboratoriya işlərinin tədrisi əyani surətdə nümayiş etdirilməkdədir.