Bölmə rəisi Məmmədov Məmməd Qasım oğlu
- Telefon: (+99412) 512-41-28
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, fövqəladə hallar nazirinin əmr, sərəncamlarını, Akademiyanın Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur.
Akademiyada qanunvericiliyin tələblərinin gözlənilməsini, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və mülki işçilərin qanuni hüquqi maraqlarının müdafiəsini təmin edir. Akademiyanın hazırlanmış layihələrini qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir.
Akademiyanın fəaliyyəti ilə bağlı hüquqi məsələrin həllində iştirak edir, qanunvericiliyin tətbiqinə dair məsləhətlər verir. Akademiyanın hüquq müdafiəçisi kimi çıxış edir. Şəxsi heyət arasında hüquqi biliklərin artırılmasını, hüquqi təbliğatın aparılmasını təşkil edir və bu istiqamətdə işləri daim davam etdirir.
Bölmə rəisi Məmmədov Məmməd Qasım oğlu