“Heydər Əliyev mərkəzi - Mədəni mərkəz” in əsas fəaliyyət istiqamətləri
Mərkəz muzey və Heydər Əliyev mərkəzinin iş planının hazırlanması, onların müəyyən olunmuş qaydada təsdiq olunması, təşkilatlar, müəssisələr, idarələr, təhsil ocaqları və digər təşkilatlarla daim əlaqə yaradılması, akademiyada təhsil alan kursantlar arasında yaradıcılıq işinin təşkili, istedadlı kursantların seçilib müəyyən edilməsi, onların bədii zövqünün formalaşmasına bilavasitə rəhbərlik edilməsi, kursant və əməkdaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə proqram, ssenarilər və maarifləndirici tədbirlər təşkil edir.
Bundan əlavə,
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi faktların öyrənilməsi, müzakirəsi, kütləvi nümayiş və təbliği;
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin kursant və müdavimlər, eləcə də, əməkdaşlar arasında geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi;
- Kursant və müdavimlərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi;
- Kursant və müdavimlərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin, mənəvi psixoloji durumunun yüksəldilməsi
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər təşkilat və qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.




