Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

İctimaiyyət və media ilə əlaqələr

Akademiyasının “İctimaiyyət və media ilə əlaqələr” bölməsi ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı media ilə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Bölmənin fəaliyyətinə konfranslar, seminarlar, yerli və xarici medianın Akademiyanın fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə Akademiya əməkdaşlarını məlumatlandırmaq daxildir.

Bölmə rəhbərliyin və digər strukturların planlaşdırdığı iclas, konfrans və seminarların mediada işıqlandırılması, Akademiyanın fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması, Akademiya tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması ilə məşğul olur.

Bölmə rəisi Asim Ahmed Ehtibar oglu