Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrası

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakultə və kafedralar o cümlədən onların sırasında “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri kafedrası”da yaradılmışdır. 2013-cü ildə “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri kafedrası” “Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrası” və “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrası”na bölünmüşdür. Kafedra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nəznində fəaliyyət göstərir.
Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrasının əməkdaşları: baş müəllim - Məmmədov Elçin Ağarəhim oğlu, d/x polkovnik-leytenantı Almazov Kamran Cəmaləddin oğlu, d/x mayoru Sadulov Elnur Elyaz oğlu,d/x mayoru Məmmədova Sevinc İzzət qızı, d/x kapitanı Əlimov Şıxrəhim Famil oğlu və laboratoriya müdiri Piriyev Nemət Adil oğlu.


“Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrası”nın əsas fəaliyyət istiqamətləri

Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrasında bakalavriat pilləsində əyani və qiyabi, magistratura pilləsində isə əyani təhsil formalarında peşəkar kadr hazırlığı aparılır. Kafedrada bakalavriat təhsil səviyyəsində 050650 “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisas üzrə 2011-ci ildən əyani təhsil formasında, 2017-ci ildən qiyabi təhsil formasında bakalavr hazırlığı aparılır. 2015-ci ildən magistratura təhsil pilləsində 051650 “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Kafedra r.v.i.e d/x polkovnik-leytenantı Almazov Kamran Cəmaləddin oğlu