Şöbə müdiri Həsənov Xanlar Alı Oğlu
- Telefon: (+99412)512-41-45
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini “Təhsil Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının əsasında həyata keçirir.
Akademiyada elmi-pedaqoji kadrların hazırlanması, elmi-tədqiqat işlərinin planlaşdırılması, koordinasiyası, yerinə yetirilməsi və onlara nəzarət, həmçinin elmi-tədqiqatların nəticələrinin istehsalata və tədris prosesinə tətbiq edilməsi, akademiyada xarici ölkələrlə elmi texniki əməkdaşlığın inkişaf etdirilməsidir.
Elmi-tətqiqat şöbəsinin prioritet vəzifələrindən biri beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların təşkili və keçirilməsi, patent-lisenziya fəaliyyətinin koordinasiyası, patent və ixtiraların beynəlxalq status alması, elmi informasiyanın yayılması, elmi nəşrlərin nüfuzlu jurnallar səviyyəsinə çatdırılmasıdır.
Şöbə müdiri Həsənov Xanlar Alı Oğlu