Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakültə və kafedralar, o cümlədən onların sırasında “Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsi” də yaradılmışdır.

Fakültənin tərkibi belə müəyyənləşdirilmişdir:

  • Fakültə rəisi - polkovnik Elçin Musa oğlu Mahmudov;
  • Təlim rəhbərləri - polkovnik-leytenant Vüsal Bəbir oğlu Əliyev, mayor Rövşən Qaytaran oğlu Əlirzayev və mayor Tural İslam oğlu İslamov;
  • Böyük metodist - kapitan Nigar Cavid qızı Abbaszadə;
  • Təlim rəhbərinin köməkçiləri - mayor Məhəmməd İlqar oğlu Əsədli, mayor Fərid Yusif oğlu Əlizadə və mayor Rusif Fikrət oğlu Məmmədov;
  • Metodistlər - baş leytenant Şahin Rövşən oğlu Heydərov və baş leytenant Rafiq Firudin oğlu Sadıqov;
  • Məsul icraçı - gizir Türkanə Feyzulla qızı Zeynalova.

Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsinin əsas fəaliyyət istiqamətləri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsi Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikası vətəndaşlarının həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların xəbərdar edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsi və xəbərdar edilməsi, zərərçəkmişlərə ilk və təxirəsalınmaz yardımın göstərilməsi sahələri üzrə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları ilə birgə əməkdaşların peşə hazırlığı üzrə tədris-təlim fəaliyyətini həyata keçirir.

Fakültə rəisi polkovnik Mahmudov Elçin Musa oğlu