Elmi Şura
Elmi şura akademiyanın ali idarəetmə orqanı olub, akademiyanın rəisi general-mayor B.H. Salayevin sədrliyi ilə fəaliyyət göstərir. Elmi şuranın tərkibinə Akademiyanın rəisi (sədr), rəis müavinləri, akademiyanın elmi katibi, fakültə və kafedra rəisləri, daxildir.
Elmi Şuranın fəaliyyət istiqamətləri:
Elmi şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş və təsdiq edilmiş fəaliyyət planı üzrə işləyir. Elmi şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir. Elmi şura akademiyanın Nizamnaməsini və bütün struktur bölmələrin əsasnamələrini müzakirə edir, təsdiq edir, lazım olduqda müəyyən əlavələr və dəyişikliklər aparır. Elmi şuranın qərarları açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə, professor və dosent elmi adlarının verilməsi isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi şuranın nəzdində təhsil və elm, sosial-iqtisadi, təsərrüfat fəaliyyətləri üzrə və Elmi şura qərarlarının yerinə yetirilməsinə nəzarət komissiyaları fəaliyyət göstərir. Elmi şura akademiyanın strateji inkişaf planını qəbul edir, onun icrasını və fəaliyyətin bütün istiqamətlərini nəzarətdə saxlayır. Mövcud komissiyaların yoxlamalarının nəticələrini, qurum rəhbərlərinin hesabatlarını və digər məsələləri müzakirə edir. Hər ilin əvvəlində rektorluğun 1 illik fəaliyyəti barədə hesabatını dinləyir və akademiyanın 1 illik fəaliyyət planını müəyyənləşdirir.

