Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Dərnəklər

Akademiyamızda təhsilalanların maraqlarının əhatə olunması, sosial problemlərinin həlli, onların asudə vaxtının səmərəli təşkili məqsədilə Tələbə Elmi Cəmiyyəti nəzdində və müstəqil formada müxtəlif istiqamətli klublar fəaliyyət göstərir. Bu klublar təhsilalanların asudə vaxtının səmərəli təşkili üçün münbit şərait yaratmaqla yanaşı, onların idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı fəaliyyətinin inkişafı üçün dəstək, müxtəlif yerli və beynəlxalq layihələrə qatılmaları, bilik və bacarıqlarını nümayiş etdirmələrinə təkan verir, müntəzəm olaraq maarifləndirici təlim və seminarlar keçirirlər.