Beynəlxalq əlaqələr bölməsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasının struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, fövqəladə hallar nazirinin əmr, sərəncamlarını, Akademiyanın Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur.
Beynəlxalq münasibətlər əsasən kadr hazırlığını, elm və tədris sahəsində təcrübə mübadiləsini, xarici ölkələrin müvafiq müəssisələri ilə birgə beynəlxalq elmi konfransların, seminarların, o cümlədən videokonfransların təşkili və keçirilməsini, bu kimi beynəlxalq tədbirlərdə heyətin iştirakını və s. əhatə edir.
Beynəlxalq əlaqələr bölməsinin əsas fəaliyyət istiqamətləri
- Təhsil sahəsində beynəlxalq praktikanın Akademiyada tətbiq edilməsinə dəstək olmaq;
- Xarici təhsil müəssisələri arasında qarşılıqlı münasibətlərin inkişafı üçün ikitərəfli memorandum, saziş və müqavilələrin imzalanmasını təşkil etmək;
- Akademiyanın beynəlxalq proqram və layihələrdə iştirakını təmin etmək;
- Kursantların və işçi heyətin mübadilə proqramlarında iştirakını təşkil etmək və müvafiq informasiya dəstəyi göstərmək;
- Akademiyanın strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının daha da gücləndirilməsi, kadrların hazırlığının artırılması və məlumat mübadiləsinin aparılması sahəsində xarici ölkələrin müvafiq dövlət qurumları, təşkilatları, müvafiq tədris müəssisələri, beynəlxalq və regional elmi institutların təcrübəsinin öyrənilməsi işində iştirak etmək.