Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrası

Fövqəladə Hallar Nazirliyinin 28 noyabr 2012-ci il tarixli 150 nömrəli əmrinə əsasən Akademiyanın “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri kafedrası”nın bazası əsasında yaradılmışdır.

Müəllim potensialının yüksədilməsi istiqamətində kafedraya təyin edilmiş müəllim heyyəti Akademiyanın gənc məzunlarından formalaşdırılaraq tərkibi müəyyənləşdirilmişdir: kafedranın baş müəllimləri, kapitan R.Ş.Məmmədli, baş leytenant M.Ə.Qurbanova, baş leytenant A.N.Süleymanova-Rəhmanlı, kafedranın müəllimi, kapitan N.E.İsmayılov.


“Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrasının əsas fəaliyyət istiqamətləri

Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri» kafedrası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında bakalavriat səviyyəsində 050614 - “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantların, dinləyicilərin, magistratura səviyyəsində 060614 – “Fövqəladə halların idarə olunması” və “Texnoloji proseslərin təhlükəsizliyi” ixtisaslaşmaları üzrə isə təhsil alan magistrantların mütəxəssis kimi formalaşmasında xüsusi rol oynayır.

“Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri” kafedrası “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə tədris olunan ixtisas fənlərinə görə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əsas struktur bölməsidir. Kafedrada tədris olunan “Qəza-xilasetmə işlərinin aparılması taktikası”, “Fövqəladə hallarda idarəetmənin təşkili”, “FH təhlükəli amilləri” və s kimi fənlər Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının prioritet fənləri siyahısına daxildir. Bundan başqa ümumilikdə bakalavriat səviyyəsində (həmçinin qiyabi təhsil üzrə) 10, magistratura səviyyəsində isə 12 fənn “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasına tədris edilir.

Kafedra rəisi t.ü.f.d mayor Həsənov Xalid Şərif oğlu