Şöbə rəisi baş leytenant Qurbanov Fərid Vaqif oğlu
- Telefon: (+99412) 512-41-22
Akademiyanın fəaliyyəti üçün zəruri olan bütün istiqamətlərdə təminat işlərini həyata keçirir. Şöbə öz işini Azərbaycan Respublikasının Qanunvericiliyinə və Fövqəladə Hallar Nazirliyinin müvafiq əmrlərinə uyğun təşkil edir. Şöbənin tərkibində olan xidmət, hissə və bölmələrin ayrı-ayrılıqda fəaliyyətləri, ümumilikdə şöbənin tam iş strukturunu təşkil edir.
Silah-sursat xidməti:
Akademiyada tədris planına əsasən təşkil edilən təlimlərdə və tədbirlərdə kursantların silahla təmin olunması işlərini yerinə yetirir.
Mənzil-istismar hissəsi:
Akademiya ərazisində tikilmiş bütün inzibati, yataqaxana və köməkçi təsərrüfat binalarının kommunal (işıq, su, istilik və s.) tələbatının həyata keçirilməsi işlərini yerinə yetirir.
Yanacaq-sürtkü materilları xidməti:
Akadem balansında olan avtonəqiyyat vasitələrinin, generatorların və təsərrüfat texnikasının düzgün istismar olunması üçün müəyyən olunmuş normalara əsasən və mövsümi zərurətlə əlaqədar olaraq, yanacaq və sürtkü materialları ilə təmin olunması işlərini yerinə yetirir.
Avtomobil xidməti:
Akademiyanın balansında olan bütün avtonəqliyyat vasitələrinin istismar olunmasına nəzarət edir.
Əşya xidməti:
Akademiyada təhsil alan kursantların geyim, yataq, və hamam ləvazimatları ilə, həmçinin xidmət göstərən hərbi və xüsusi rütbəli əməkdaşların müəyyən olunmuş normalara əsasən xüsusi geyim forması ilə vaxtlı-vaxtında təmin olunmasını yerinə yetirir.
Ərzaq xidməti:
Kursantların müəyyən olunmuş normalara əsasən gündəlik ərzaqla təmin olunma işlərini həyata keçirir. Yeməkxanada bişirilən yeməklərin keyfiyyətinə nəzarət edir.
Şöbə rəisi baş leytenant Qurbanov Fərid Vaqif oğlu