Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Magistratura şöbəsi

Akademiyanın Elmi Şurasının 27 yanvar 2022-ci il tarixli iclasının qərarına və Fövqəladə Hallar Nazirliyinin 23 İyun 2022-il tarixli 072/Ş nömrəli əmrinə əsasən Akademiyanın bazasında yaradılmışdır. Magistratura Şöbəsi Akademiyanın struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini “Təhsil Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər qanunvericilik aktlarını, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Akademiyanın əmrlərini və kargüzarlığın aparılmasına dair təlimatı əsasında həyata keçirir.

Magistratura şöbəsinin əsas fəaliyyət istiqamətləri

İnzibati işlərin yerinə ytirilməsində tənzimləmə, koordinasiya, nəzarət kimi şöbənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə administrativ funksiyaları yerinə yetirir və təşkil edir. Şöbə “Həyat fəaliyyətəinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadrların hazırlanmasına yönəldilmiş tədris və təlim-tərbiyə prosesinin təşkilini, həyata keçirliməsini, nəzarətini təmin edir.

Şöbə rəisi polkovnik Verdiyev Ariz Rafiq oğlu