
1. ”İdman və Xüsusi Fiziki Hazırlıq”
2. ”Ümumi tibbi hazırlıq”
3. ”Yanğın qəza-xilasetmə hazırlığı”
4. ”Qəza-xilasetmə hazırlığı”
5. ”Qazdan tüstüdən” mühafizə hazırlığı.
Fənlərin dərs yüklərinin bölünməsi, təqdimata uyğun təşkil edilmişdir.
Kafedranın əməkdaşları hər il Beynəlxalq Mülki Müdafiə Təşkilatı təfərindən təşkil edilən ixtisas artırma kurslarında iştirak etmişlər. Kafedranın baş müəllimləri polkovnik-leytenant Əhməd Bayramov, kapitan Ülvi Sadıq-zadə və müəllim kapitan Mikaylov Hacıəli uğurla iştirak etmiş və sertifikatlarla təltif edilmişdirlər.
Həmçinin Kafedranın əməkdaşı 06-08 fevral 2024-cü il tarixində baş leytenant Ruslan Əzizov Rusiya Federasiyasının Viterqa şəhərində keçirilən “Русский лед-2024” Beynəlxalq Elmi Praktik Konfransda fəal iştirak etmişdir.
Müxtəlif illərdə kafedra əməkdaşlarının müəllifliyi ilə 100 elmi məqalə çap edilmişdir.
Belə ki, professor Əhməd Əfəndi 8 məqalə (Thomson Reuters, Scopus beynəlxalq jurnallarda), baş müəllim kapitan Ülvi Sadıq-zadə tərəfindən 30 məqalə xaricdə çap edilmişdir.
Eləcə də kafedrada tədris olunan fənnlər üzrə fənn proqramları, dərs vəsaitləri hazırlanır və vaxtaşırı yenilənir.
Kafedranın əməkdaşları müxtəlif Dünya, Avropa və Beynəlxalq yarışlarda Fövqəladə Hallar Nazirliyin Akademiyasını uğurla təmsil edirlər.
Akademyanın yarandığı tarixdən kafedra rəisi Əhməd Əfəndi 2 dəfə Dünya çempionu, 5 qat Avropa çempionu olmuşdur.
Kafedranın baş müəllimi kapitan Ülvi Sadıq-zadə müxtəlif illərdə kempo üzrə Avropa Dünya çempionu olmuşdur.
Kafedranın müəllimi Nəbiyev Elmir Jiu jitsu üzrə beynəlxalq professional liqanın turnirinin 2ci mükafatçısıdır.
Hər il kafedranın əməkdaşları və Aakademiyanın kursantları Fövqəladə Hallar Nazirlyinin çoxnövçülük, şahmat, güləş, futbol, beşnövçülük və digər idman növləri üzrə çempuionatlarda dəfələrnən çempion və mükafata layiq yer tuturlar.
Ənənəvi olaraq hər il may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Xüsusi təyinatlı ali təhsil müəssisə əməkdaş və kursantları arasında keçirilən futbol, şahmat, güləş yarışlarında Akademiyanın komandası uğurla çıxış edərək I və II yerə layiq görülüblər.
Hər il Akademiyada kursantların asudə vaxtlarının səmərəliliyini artırmaq məqsədi ilə Yeni İl bayramı, Novruz Bayramı, ulu öndər Heydər Əliyevin xatirəsinə, Zəfər Bayramına həsr edilmiş 5 idman növü üzrə yarışlar keçirilir. Tədbirin sonunda qaliblərə medal və diplomlar verilir.
Kafedra tərəfindən Fövqəladə Hallar Nazirliyinin göstərişinə əsasən “Yanğın Xilasetmə” idmanı üzrə Akademiya kursantlarından ibarət yığma komandasının 18-ci yanğın hissəsində təlim-məşq prosesində iştirakı həftədə iki dəfə həyata keçirilir.
Onuda qeyd etməliyik ki, Akademiyanın komandası Yanğın xilasetmə idmanı üzrə keçirilən Bakı qarnizonu yarışında uğurla çıxış edir.
Kafedrada 2014-2019, 2019-2024-cü illər üçün Azərbaycan Elmlər Akademiyası tərəfindən nəzərdə tutulmuş Dövlət büdcəli Elmi tədqiqat “Xüsusi təyinatlı ali məktəblərdə spesifik idman növlərinin tədrisinin müasir metodlarının işlənməsi və tədqiqi” mövzusunda iş aparılır.
2023-2024-cü illərdə kafedranın köməyi ilə Akademiyanın əməkdaşı leytenant Fərzəliyev Orxan Namiq oğlu poverlifting idmanı üzrə AvroAziya kubokunun sahibi və Finlandiyada keçirilən Avropa çempionatının qalibi olmuşdur.