Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Tədris şöbəsi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əsas struktur bölməsindən biri olan Tədris şöbəsi müəyyən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində Akademiyada beynəlxalq standartlara cavab verən yüksək səviyyəli kadrların hazırlanması, həmçinin, Akademiyanın fəaliyyəti ilə bağlı tədrisin təşkili, kreditlərin tanınması və təhsilalanların attestasiyası sahəsində tədris-metodiki işlərin koordinasiyasını, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən orqandır.

Şöbənin fəaliyyətinin əsas məqsədləri

Akademiyada tədris prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili və ona nəzarəti, müvafiq qanunvericiliyə uyğun olaraq Akademiyada cari, aralıq və buraxılış dövlət attestasiyasının (yekun dövlət attestasiyası) keçirilməsini təşkil edir.

Şöbə rəisi polkovnik Əsilbəyli Ramiz Ramazan oğlu