Fakültə rəisi polkovnik Bağırov Zaur Fərman oğlu
- Telefon: (+99412) 512 41 89
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakultə və kafedralar o cümlədən onların sırasında “Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsi”də yaradılmışdır.
Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyəti sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarının əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür.
Fakültədə təhsil
Fakültədə 1 ixtisas üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığı aparılır. Həmin ixtisaslara Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanları müvəffəqiyyətlə keçənlər qəbul olunur. Fakültədə təhsil alanlar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət hesabına təhsil alırlar. Fakültədə tədris azərbaycan dillərində olmaqla, əyani əsaslarla aparılır. Fakültədə yüksək ixtisaslı kadrların hazırlığında 6 kafedra tərəfindən tədris prosesi təşkil olunur.
Qaydalara uyğun olaraq semestrin nəticəsi üzrə təhsil alan kursantların onlara imtahan nəticələrinə əsasən təqaüdlər verilir.
Adi təqaüd
Həvəsləndirici təqaüd
Əlaçı təqaüdü
Karyera imkanları
Fakültəni bitirən mütəxəssislər ilkin leytenant hərbi rütbəsi alaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiyə Qoşunlarında, Xüsusi Riskli Xilasetmə Xidmətində, Regional mərkəzlərdə, Böhran vəziyyətlərində İdarəetmə Mərkəzində müvafiq vəzifələrdə işlə təmin olunur.
Fakültə rəisi polkovnik Bağırov Zaur Fərman oğlu