Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Peşə hazırlığı poliqonu

Peşə hazırlığı poliqonu kursantların və əlavə təhsil istiqamətləri üzrə nazirliyin müvafiq struktur qurumlarının əməkdaşlarının döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarının artırılması məqsədi ilə praktiki təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Poliqonda möcvud olan avadanlıqlar kursantların tədris dövrü müddətində nəzəri cəhətdən öyrəndiklərini praktiki cəhətdən tətbiq etməyə imkan verir. Həmçinin nazirliyin qurumlarının birgə fəaliyyəti, baş vermiş fövqəladə hadisənin qərargahdan idarə olunması, kəşfiyyatı və aradan qaldırılması kimi təlimlər keçirilir.

Peşə hazırlığı poliqonunda “Şturm”, “Baykal”, “Barokamera” və “Avtomobil” təlim-trenajor kompleksləri mövcuddur.

Poliqon rəisi mayor Quliyev İlham Arif oğlu