Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Qiyabi təhsil fakültəsi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə əlaqədar Akademiyada bir sıra fakultə və kafedralar o cümlədən onların sırasında “Qiyabi təhsil fakültəsi”da yaradılmışdır.

Hazırda Qiyabi təhsil fakültəsi ştat cədvəlinə müvafiq olaraq 11 əməkdaşdan, rəis müavini polkovnik-leytenant Seymur Adil oğlu Salahov, polkovnik-leytenant Əli Əsəd oğlu Quliyev, polkovnik-leytenant Elman Xudaverdi oğlu Əbilov, mayor Vəsmə Şamil qızı Nəbiyeva, kapitan Məhəmməd Elçin oğlu Musayev, kapitan Elnur Hikmət oğlu Abdulmanafov ibarətdir.

Akademiyanın Qiyabi təhsil fakültəsində təhsil alanlar nazirliyin strukturuna daxil olan tabeliyindəki qurumlarda xidmət edən əməkdaşlardan ibarətdir. Əməkdaşlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanlarında müəyyən olunmuş balı topladıqdan sonra ixtisas seçimi zamanı qiyabi təhsil formasını seçərək müvafiq ixtisaslar üzrə Akademiya rəisinin əmri əsasında Qiyabi təhsil fakültəsinin dəyişən heyəti sıralarına qəbul olunur. Bu təhsil formasının üstünlüyü işləyərək oxumaq imkanının əldə olunmasıdır.

Fakültənin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun, eləcə də nazirliyin fəaliyyət istiqamətinin tələblərini nəzərə alaraq, müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Fakültə rəisi polkovnik Dadaşov İlqar Firdovsi oğlu