Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Hərbi kafedra

Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2014-cü il tarixli 739 nömrəli sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Hərbi kafedra yaradılıb.

Müəllim potensialının yüksədilməsi istiqamətində kafedraya təyin edilmiş müəllim heyyətinin tərkibi müəyyənləşdirilmişdir: baş müəllim e.o. polkovnik Həsənov Hüseynqulu Həsənbala oğlu, baş müəllim e.o. polkovnik-leytenant Eyyubov Mürvət Tarix oğlu, müəllim e.o. polkovnik-leytenant Musayev Arzu Aqil oğlu, müəllim e.o. polkovnik-leytenant Yunisov Mais Ələkbər oğlu, müəllim baş leytenant Cəbrayılov Elnur Elman oğlu müəllim baş leytenant Hüseynov Habil Əkrəm oğlu, məsul icraçı gizir Nağıyeva Zülfiyyə Mayıl qızı.

Kafedrada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə Vətənə və xalqına sadiq olan, aldığı ixtisas üzrə nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnən, Fövqəladə Hallar Nazirliyinin qurumlarında döyüş əməliyyatlarını təşkil və idarə etməyi bacaran, xilasetmə alət və avadanlıqları, həmçinin texnikaları səmərəli tətbiq edən, onların istismarını, təmirini düzgün təşkil edən, şəxsi heyətlə təlim və tərbiyə işinin təşkil edilməsini, qəbul olunmuş qanun və qaydalara ciddi əməl olunmasını təmin etməyi bacaran peşəkar zabit kadrları hazırlamaqdan ibarətdir.

Kafedra rəisi polkovnik Babayev Aprel Teymur oğlu