Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Təlim-tədris yanğın hissəsi

Akademiyada əyani təhsil alan kursantların, həmçinin "İlkin hazırlıq" kurslarına cəlb edilmiş əməkdaşların tədris təcrübəsinin təşkili və keçirilməsi üçün nəzərdə tutulmuşdur. Kursantların və dinləyicilərin təhsildə əldə etdikləri biliklərin təcrübədə tətbiqi , onların bilik və bacarıqlıarının yüksəldilməsi, praktik vərdişlərə yiyələnməsini təmin etmək üçün bu hissə yaradılmışdır. Həmçinin ekstremal şəraitdə insanların və əmlakın xilas edilməsi üçün psixoloji cəhətdən hazır olmalıarını təmin etmək üçün Təlim qülləsində özünü xilasetmə və qayadırmanma zolaqlarında təlim məşqləri keçirilir.

Tədris-təlim yanğın hissəsinin fəaliyyət istiqamətləri

Tədris-təlim yanğın hissəsi kursantların və əlavə təhsil istiqamətləri üzrə nazirliyin müvafiq struktur qurumlarının əməkdaşlarının döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarının artırılması məqsədi ilə praktiki təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.