
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi
1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və 2002-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almışdır.
Ailəlidir. 2 övladı var.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının I rəis müavini
1982-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və 2010-cu ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil almışdır.
Ailəlidir, 1 övladı var.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini
1982- ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə Ukrayna Milli Mülkü Müdafiə universitetində təhsil almışdır Texnika üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 3 övladı var.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini
1992-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 2013-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almışdır.
Ailəlidir, 2 övladı var.