Şöbə rəisi mayor Babayev Daşqın Hüseyn oğlu
- Telefon: (+99412) 512-41-07
- Faks: (+99412) 512-41-06
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Akademiyanın əmrlərin və kargüzarlığın aparılmasına dair təlimata uyğun aparır.
Şöbə Akademiyanın müstəqil struktur bölməsi olub, Akademiya rəhbərliyinə tabedir. Ümumi şöbə Akademiyaya daxil olan və göndərilən, həmçinin daxili sənədlərin vaxtında baxılması, Akademiya rəhbərliyinə təqdim olunması, sənədlərin qeydiyyata alınması və aidiyyəti üzrə göndərilməsi, sənədlərin düzgün tərtib olunması və sənədləşməyə nəzarət, sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarət edir.
Ümumi şöbə vətəndaşların qəbulunu təşkil edir, hər rüb təhlil aparılmaqla rəhbərlik üçün tapşırıqların icrasının gedişi barədə informasiya, tapşırıqların icra vəziyyəti barədə aylıq məlumat və arayışlar hazırlayır.
Şöbə rəisi mayor Babayev Daşqın Hüseyn oğlu