Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Ümumi Kitabxana

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini müasir yenilikləri özündə əks etdirən Elektron kitabxanası fəaliyyət göstərir. Oxucularımız respublikamızın dövlət və ayrı-ayrı universitet kitabxanalarına eləcə də, dünyanın bir çox profil elektron kitab bazalarına çıxış imkanlarına malikdirlər.


Elektron kitabxananın fəaliyyətinin əsas istiqamətləri

Elektron kitabxananın fəaliyyətinin əsas istiqamətləri kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən ənənəvi, elektron kataloq və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir. Kitabxana Akademiyanın müəllim və şəxsi heyəti, kursant, magistr va qiyabi təhsil alanlara xidmət göstərir. Elektron kitabxananın abonement bölməsində elektron kataloqlaşdırma proqramının istifadəsi təmin olunmuşdur.

Kitabxana müasir standartlara cavab verən elektron avadanlıqlarla təchiz olunub. Bunlardan biri elektron informasiya qurğusudur ki, onun vasitəsi ilə oxucu kitabxananın elektron kataloquna daxil olaraq kitabxana fondunda olan kitablar haqqında məlumat ala, bazada olan ədəbiyyatın hazırda kitabxanada olub olmaması, neçə nüsxə qalmasını yoxlaya bilər. O həmçinin özü qeydiyyat funksiyasını da yerinə yetirir. Belə ki, oxucu kitabxanaçıya yaxınlaşmadan kitabı öz adına qeydiyyata sala bilər.